"YA BU İL ÇEMPİONLUĞU QAZANARIQ, YA DA ƏSLA"

"YA BU İL ÇEMPİONLUĞU QAZANARIQ, YA DA ƏSLA"
Futbol, Digər
23 Aprel 2016 - 07:05
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının lideri "Lester Siti"nin baş məşqçisi Klaudio Ranyeri maraqlı açıqlama verib.

İtaliyalı mütəxəssis bildirib ki, belə çempionluq fürsəti əldə edə bilməyəcəklər.

"Tottenhem Hotspur"u 5 xal qabaqlayan "Lester Siti"nin baş məşqçisi, "Ya bu il çempionluğu qazanarıq, ya da əsla. İndidən Çempionlar Liqasına vəsiqəni təmin etmişik. Bu, möhtəşəm uğurdur. Artıq bütün gücümüz, ürəyimiz və ruhumuzla çempion olmaq istəyirik", deyib.

Təcrübəli məşqçi hesab edir ki, qalan dörd turda 8 xal qazanmaq komandasını çempion edəcək:

"Bunu bacarmağa çalışacağıq. Oyunçularıma, artıq sona qədər mübarizə aparmağın vacibliyini çatdırmışam. Uğurumuz möcüzə deyil. Sadəcə maraqlı vəziyyətdir. Növbəti mövsüm fərqli olacaq. Mütləq çempion olmalıyıq. Gələn sezon bütün komandalar güclənəcək".

Karyerası ərzində "Çelsi", "Napoli", "Atletiko" Madrid və "Yuventus" kimi köklü klubları çalışdıran 64 yaşlı mütəxəssis çempionluğa hərsətdir:

"İnsanlara xoş anlar yaşadanda çox şad oluram. Futbol bir şoudur. Bir matçda qələbə qazananda azarkeşlər evlərinə, ailələrinə və işlərinə sevinclə gedirlər. Bu, mənim üçün gözəl hissdir".

Komandanın ulduzu Vardi cəzalı olsa da, baş məşqçi çətin durumdan çıxacaqlarını düşünür:

"Qarşıdakı oyunda başqa Vardi yoxdur. Ancaq onsuz da uğurlu nəticələr qazanacağımıza inanıram".

Qeyd edək ki, Premyer Liqanın lideri "Lester Siti" 73 xala malikdir. Sonrakı iki yeri "Tottenhem" (68 xal) və "Arsenal" (63 xal) tutur.

Digər xəbərlər