10 KLUBUN SKAUTLARI BAKIYA GƏLƏCƏK

10 KLUBUN SKAUTLARI BAKIYA GƏLƏCƏK
Futbol
22 Aprel 2016 - 15:46
Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin Avropanın tanınmış klublarının maraq dairəsindədir.

"Mançester Siti", "Arsenal", "Sevilya" və "Portu" klublarından savayı, daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar. "Mançester Yunayted" (İngiltərə), "Bayern" (Almaniya), "Monako" (Fransa), "Benfika" (Portuqaliya), "Zalsburq" (Avstriya) və "Middlsbro" (İngiltərə) klublarının skautları da UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın oyunlarını izləyəcək.

Digər xəbərlər