RONALDONUN TALEYİNƏ AYDINLIQ GƏLDİ

RONALDONUN TALEYİNƏ AYDINLIQ GƏLDİ
Futbol
22 Aprel 2016 - 14:38
"Real Madrid"in ulduz futbolçusu Krişiano Ronaldo ilə bir sıra klubların maraqlandığı gündəmi zəbt edib.

Supersport.Az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, PSJ-nin diqqətində olan portuqaliyalı, komandasnda qalacaq.

"Marca" qəzeti, klub prezidenti Florentino Peresin Ronaldonun meneceri ilə ötən aydan danışıqlara başladığını yazıb. Portuqaliyalının müqaviləsi 2018-ci ildə bitir. "Real Madrid" 31 yaşlı futbolçuyla kontraktın müddətini iki il artırmaq istəyir. Ronaldonun bu təklifə müsbət yanaşdığı, hətta karyerasını hazırki klubunda başa vurmağı düşündüyü bildirilir.

2009-cu ildən ispan klubunda çıxış edən Ronaldo, son olaraq 2013-də müqaviləsinin vaxtını uzadıb və maaşı 21 milyon avro təşkil edib.

Qeyd edək ki, bu mövsüm 47 oyunda 44 qol vuran ulduz futboçunun komandadan ayrılacağı bildirilirdi. 

 

Digər xəbərlər