GƏNC GÜLƏŞÇİLƏR AGF KUBOKU UĞRUNDA YARIŞACAQ

GƏNC GÜLƏŞÇİLƏR AGF KUBOKU UĞRUNDA YARIŞACAQ
Digər, Güləş
21 Aprel 2016 - 21:23
26-29 aprel 2016-cı il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Supersport.Az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparacaq.

Aprelin 24-25-də isə Bakıda Dünya Güləş Birliyinin növbəti hakimlik kursu təşkil olunacaq. İki gün davam edəcək kursda iştirak edən hakimlər sonda dərəcə imtahanı verərək sınaqdan keçiriləcək. İmtahanı uğurla keçən III dərəcəli beynəlxalq hakimlər II dərəcəli beynəlxalq hakim statusu alacaq.

Turnirin proqramına əsasən, aprelin 26-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 27-də yunan-Roma güləşi üzrə gənclər, 28-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 29-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Turnirin rəsmi açılış mərasimi 26 aprel 2016-cı il, saat 17.00-da baş tutacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Digər xəbərlər