MİLLİDƏ YENİ BAŞ MƏŞQÇİ

MİLLİDƏ YENİ BAŞ MƏŞQÇİ
Futbol
21 Aprel 2016 - 14:17

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.


 

Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində  divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Premyer Liqa barədə ümumi fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan U-15 yığmasına baş məqşçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

Digər xəbərlər