AZƏRBAYCAN VƏ YUNANISTAN İDMAN SAHƏSİNDƏ MEMORANDUM İMZALADI

AZƏRBAYCAN VƏ YUNANISTAN İDMAN SAHƏSİNDƏ MEMORANDUM İMZALADI
Karate, Digər
21 Aprel 2016 - 23:12
"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Supersport.Az saytı xəbər verir ki, anlaşma memorandumu imzalanması Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun dəvəti ilə bu ölkədə səfərdə olan gənclər və idman naziri Azad Rəhimovun Mədəniyyət və İdman Nazirliyində keçirdiyi görüş çərçivəsində baş tutub.

Görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Anlaşma memorandumu da məhz idman sahəsində müqavilə-hüquq bazasını gücləndirmək məqsədilə imzalanıb. Memorandumda iki ölkənin idman, Olimpiya müəssisə və təşkilatları arasında mübadilələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Sənəddə idmançılarımızın peşəkarlıqlarının artırılmasına dəstək olmaq üçün dünya və Avropa çempionatlarında, beynəlxalq idman tədbirlərində milli komandaların optimal iştirakının həyata keçirilməsində zəngin təcrübəyə malik yunan idmançıları ilə ümumi təlimlərin təşkili məsələləri də əksini tapıb.

Nazir Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının məşəlinin Yunanıstanda alovlandırılması mərasimində iştirak edib.

Digər xəbərlər