SAMİR MƏSİMOV OYNADI, KOMANDASI MƏĞLUB OLDU

SAMİR MƏSİMOV OYNADI, KOMANDASI MƏĞLUB OLDU
Futbol
21 Aprel 2016 - 06:56
Sloveniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Supersport.Az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu "Domjale" klubu evdə "Selye" ilə qarşılaşıb.

Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan "Domjale" həmin məğlubiyyətin əvəzini çıxa bilməyib. Evdə də rəqibinə 0:1 hesabı ilə uduzan Məsimovun komandası kubokda mübarizəni dayandırıb. Matçın start heyətində meydana daxil olan Məsimov fasilədə əvəzlənib.

Digər xəbərlər