"QALATASARAY" MİRÇA LUÇESKU İLƏ RAZILIĞA GƏLİB

"QALATASARAY" MİRÇA LUÇESKU İLƏ RAZILIĞA GƏLİB
Futbol
20 Aprel 2016 - 22:04
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray" məşhur mütəxəssis Mirça Luçeskuyla anlaşıb.

Yeni mövsümün planlarına indidən başlayan klub prezidenti Dursun Özbəkin, 12 il sonra "Şaxtyor"dan ayrılmağı düşünən rumın məşqçi ilə anlaşdığı iddia edilib. Luçeskunun köməkçisi oğlu Razvan və keçmiş yetirməsi Əmrə Aşik olacaq.
Məlumatı “Fanatik” yayıb.

Qeyd edək ki, Ukrayna çempionatının başa çatmasına dörd tur qalmış "Şaxtyor" çempionluq yarışında Kiyev "Dinamo"sundan 5 xal gerdidədir. 70 yaşlı mütəxəssisin komandası Ukrayna Kuboku və Avropa Liqasında yarımfinaldadır.

Digər xəbərlər