"NEFTÇİ" 7 İL SONRA ÇEMPİON OLDU

"NEFTÇİ" 7 İL SONRA ÇEMPİON OLDU
Futbol
18 Aprel 2016 - 23:07
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin U-17 komandası U-17 liqasının qalibi olub. Komanda sona bir tur qalmış "Bakı” klubunu 5:2 hesabı ilə məğlub etməklə çempionluğu rəsmiləşdirib. Baş məşqçi Elşad Əhmədovun yetirmələrindən İbrahim Əliyev "dubl”a imza atıb. Digər qolları Seymur Həmidov, Cəfər Şahməmmədov və Fərid Mahmudov vurublar.

Qeyd edək ki, "Neftçi"nin 17 yaşlı futbolçularından 5-i əvəzedici komandada çıxış edir və onlar gələn ay Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının da şərəfini qoruyacaqlar.

Xatırladaq ki, "Neftçi" PFK-nın U-17 komandası sonuncu dəfə 2008/2009-ci illər mövsümündə ölkə çempionu olmuşdu.

Digər xəbərlər