GİMNASTLARIN ÜÇÜNCÜ LİSENZİYASI

GİMNASTLARIN ÜÇÜNCÜ LİSENZİYASI
Digər
18 Aprel 2016 - 21:40
Azərbaycanın idman gimnastı Petro Paxnyuk 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Supersport.Az-ın milli federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Paxnyuk elə Rio-de-Janeyroda keçirilmiş Test Turnirində altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayaraq, qarşıdakı olimpiada iştirakçıları siyahısına adını yazdırıb.

Bu artıq gimnastlarımızın Rio-2016 Oyunlarına qazanılan 3-cü lisenziyasıdır.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində olimpiadaya 43 lisenziya var.

Digər xəbərlər