BURAK YILMAZ ÇİNDƏ İLK QOLUNU VURDU - VİDEO

BURAK YILMAZ ÇİNDƏ İLK QOLUNU VURDU - VİDEO
Futbol, Video
17 Aprel 2016 - 21:18
Türkiyə millisinin futbolçusu Burak Yılmaz Çinin "Pekin Quoan” klubunda debüt edib.

Supersport.Az xəbər verir ki, 30 yaşlı forvard "Qrintoun”la səfər matçında qol vurmağı da bacarıb. Meydana 46-cı dəqiqədə daxil olan futbolçu 64-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, oyun "Pekin Quoan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


 

 

 

 

Digər xəbərlər