OLİMPİYA ÇEMPİONUNDAN "KƏPƏZ"Ə DƏSTƏK

OLİMPİYA ÇEMPİONUNDAN "KƏPƏZ"Ə DƏSTƏK
Maqazin, Futbol, Olimpiya, Digər, Eksklüziv, Video, Foto
16 Aprel 2016 - 20:31
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən "Kəpəz" - "İnter" matçını (1:1) Olimpiya çempionu da izləyib.

Dörd illiyin ən böyük yarışının qalibi Toğrul Əsgərov Gəncə klubunun azarkeşi kimi tanınır və mütamadi olaraq komandanın evdə və səfərdə keçirilən oyunlarında tribunada yer alır.

Əsgərovun oyuna baxmağa gəlməsi fanatların da diqqətini çəkib, azarkeşlər "Toğrul, Toğrul" deyə güləşçini salamlayıblar. Oyun boyu "sarı-göylər"ə dəstək verən pəhləvan, görüşdən sonra azarkeşlər ilə şəkil çəkdirib.

Digər xəbərlər