BAKININ ƏN GÜCLÜ PƏHLƏVANLARI MÜƏYYƏNLƏŞDİ

BAKININ ƏN GÜCLÜ PƏHLƏVANLARI MÜƏYYƏNLƏŞDİ
Güləş
16 Aprel 2016 - 13:01
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib.

Yarışda 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İKİB, Xəzri, DİN İC, ROİL, 6№-li UGİM, Pəhləvan İK, Azəri İK, Hövsan OİK, Gömrükçü İK, Nardaran, Zenit İC, Həyat İK-nı təmsil edən 224 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Nəticələrə görə 42 kq çəki dərəcəsində Seyid Şərifov (Xəzri), 46 kq çəki dərəcəsində Ramin Əzimov (Nardaran), 50 kq çəki dərəcəsində Çoban İsmayılzadə (16№-li UGİM), 54 kq çəki dərəcəsində İntiqam Vəlizadə (ROİL), 58 kq çəki dərəcəsində Elmar İbrahimov (Azəri), 63 kq çəki dərəcəsində Orxan Əliyev (Azəri), 69 kq çəki dərəcəsində Xəzər Bağırov (X.Cəfərov), 76 kq çəki dərəcəsində Murad Həsənov (Nardaran), 85 kq çəki dərəcəsində Yelmar Nəbiyev (Xəzri İK), 100 kq çəki dərəcəsində Asxab Həmzətov (Azəri ) I yerə layiq görülüblər.

Yunan-roma güləşi üzrə Neftçi İKİB, Təhsil RİM, DİN İC, ROİL, 6№-li UGİM, MOİK, 9№-li UGİM, Pəhləvan İK, Lokomotiv İK, Gömrükçü İSM, Bakı GK, Spartak İC, Məhsul İC, Hövsan , Pirallahı, Cəngi, Olimpiya GK, Gənclik İK, Olimp GK 2№-li RİOEUGİM-i təmsil edən 281 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Nəticələrə görə 42 kq çəki dərəcəsində Zaur Əliyev (Lokomotiv), 46 kq çəki dərəcəsində Elgün Cəfərquliyev (Pəhləvan), 50 kq çəki dərəcəsində Fərid Qafarov (6№-li UGGİM), 54 kq çəki dərəcəsində Zaur Nuriyev (Məhsul), 58 kq çəki dərəcəsində Fazil Mirzəyev (Təhsil), 63 kq çəki dərəcəsində Niyaz Ərzumanov (ROİL), 69 kq çəki dərəcəsində Şirxan Quliyev (MOİK), 76 kq çəki dərəcəsində Ülvi Qənizadə (Neftçi İKİB), 85 kq çəki dərəcəsində Tehran Əmirzadə (Gömrükçü), 100 kq çəki dərəcəsində Uğur Hacılı (DİN İC) I yerə layiq görülüblər.

Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə ediblər.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Digər xəbərlər