İDMAN AKADEMİYASI BİRİNCİ OLDU

İDMAN AKADEMİYASI BİRİNCİ OLDU
Digər
16 Aprel 2016 - 07:32
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının və Təhsil İdman Mərkəzinin təşkilatçılığı ilə Veloidman üzrə tələbələrin Respublika çempionatı keçirilib.

Kişi və qadın tələbələr arasında Veloparkda keçirilmış yarışda səkkiz komanda iştirak edib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Milli Aviasiya Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Kooperasiya Universitetinin tələbələri yarışa qatılıb.


Yekunda I yerə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, II yerə - Kooperasiya Universiteti, III yerə isə - Milli Aviasiya Akademiyası layiq görülüb.

Digər xəbərlər