"ERMƏNİ BOKSÇU ÜZƏRİNDƏKİ QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİNƏ HƏSR EDİRƏM"

"ERMƏNİ BOKSÇU ÜZƏRİNDƏKİ QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİNƏ HƏSR EDİRƏM"
Maqazin, Futbol, Olimpiya, Digər, Eksklüziv, Video, Foto
16 Aprel 2016 - 01:35
Türkiyənin Samsun şəhərində davam edən Rio Olimpiya Oyunlarına lisenziya xarakterli boks turnirində Azərbaycan idmançılarının uğurlu çıxışı davam edir.

56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionumuz Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanla qarşılaşıb. Rəqibini tam üstünlüklə, 30:25 hesabı ilə məğlub edən Çələbiyev finala yüksəlməklə yanaşı, Braziliyanın Rio de Janeiro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

Supersport.Az-ın məlumatına görə, görüşdən sonra açıqlama verən dünya çempionumuz erməni boksçu üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib:

"Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızı fəda edərik. Biz Ali Baş Komandanın əmrini gözləyirik və vətən uğrunda döyüşməyə hazırıq".

Digər xəbərlər