İKİ BOKSÇUMUZDAN OLİMPİADAYA VƏSİQƏ

İKİ BOKSÇUMUZDAN OLİMPİADAYA VƏSİQƏ
Olimpiya
16 Aprel 2016 - 01:19
Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına lisenziya turnirində yarımfinal görüşləri davam edir. Milli komandamızın üzvü, 56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşüb. Erməni rəqibini tam üstünlüklə, 30-25 hesabı ilə məğlub edən Çələbiyev finala adlamaqla yanaşı Rio Olimpiadasına da vəsiqə qazanıb. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenso Sotomayor da yarımfinal görüşünü qalibiyyətlə başa vurub. İdmançımız final uğrunda görüşdə türkiyəli rəqibi Batuhan Gözgeçi məğlub edərək finala yüksəlməklə yanaşı Rio Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Digər xəbərlər