TÜRKİYƏDƏ MİLLİMİZƏ ZİYAFƏT VERİLDİ

TÜRKİYƏDƏ MİLLİMİZƏ ZİYAFƏT VERİLDİ
Digər
15 Aprel 2016 - 18:52
Supersport.Az-ın məlumatına görə, Samsunda davam edən Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın istirahət günündə Türkiyə Boks Federasiyasının prezidenti Eyup Gözgeç qonaqlara ziyafət verib.

Türkiyə Boks Federasiyasının rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, yarışda uğurla iştirak edən Azərbaycan millisinin üzvləri, eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və federasiyanın baş katibi Nağı Səfərov da ziyafətdə iştirak ediblər.

Digər xəbərlər