GÜLƏŞÇİLƏRİMİZİN NÖVBƏTİ SINAĞI

GÜLƏŞÇİLƏRİMİZİN NÖVBƏTİ SINAĞI
Digər, Güləş
14 Aprel 2016 - 21:58
15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. Supersport.Az-ın məlumatına görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 6 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq.  Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşi yarışlarında Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə İrina Netreba (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Turnirin proqramı 
15 aprel - 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma
16 aprel - 58, 63 kq qadın, 74, 86 kq sərbəst, 75, 85 kq yunan-Roma
17 aprel -  69, 75 kq qadın, 97, 125 kq sərbəst, 98, 130 kq yunan-Roma

İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.

Digər xəbərlər