BEŞ BOKSÇUMUZ YARIMFİNALDA

BEŞ BOKSÇUMUZ YARIMFİNALDA
Digər, Boks
14 Aprel 2016 - 21:54
Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

Supersport.Az xəbər verir ki, dünən günün ikinci yarısında rinqə çıxan üç boksçumuzdan ikisi yarımfinal mərhələsinə yüksəlib. 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev bolqar Stefan İvanovla qarşılaşıb. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Rəqibini 3:0 hesabı ilə üstələyən Çələbiyev yarımfinal mərhələsinə yüksəlib.

Dörddəbir finalda çıxış edən daha bir idmançımız Abdulqədir Abdullayev (91 kq) də finala yaxındır. İrlandiyalı Darren Onili yolundan kənarlaşdıran atletimiz yarımfinalda qərarlaşıb. Digər təmsilçimiz Rüfət Hüseynov isə (49 kq) ispaniyalı Karmon Herediyə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, aprelin 13-də daha üç idmançımız yarımfinal mərhələsinə keçmənin sevincini yaşayıb. Lorenso Sotomayor (64 kq) və Məhəmmədrəsul Məcidovla (+91 kq) bərabər xanım boksçu Yana Alekseyevna final uğrunda mübarizə aparmağa haqq qazanıb.

Digər xəbərlər