RAUF ƏLİYEV "KƏPƏZ"Ə QARŞI OYNAYA BİLƏCƏK

RAUF ƏLİYEV "KƏPƏZ"Ə QARŞI OYNAYA BİLƏCƏK
Futbol
14 Aprel 2016 - 20:45
Supersport.Az-ın məlumatına görə, "Kəpəz"lə oyun ərəfəsində "İnter"in baş məşqçisi Zaur Svanadze açıqlama verib.

"Oyuna ciddi hazırlaşırıq. Bizi "Kəpəz"lə çətin oyun gözləyir, bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin idman şəraitində keçəcək mübarizənin şahidi olacaqlar. Əlavə etmək istəyirəm ki, Kamran Ağayevlə Nizami Hacıyev zədəlidirlər, Abbas Hüseynovun isə mikro-zədəsi var və onun oyuna çıxması sual altındadır. Bildiyiniz kimi, Rauf Əliyev artıq komandayla məşq edir və "Kəpəz"lə oyunda ilk 18-ə salınacaq. Qarşıdakı oyunu buraxacaq oyunçularımızdan biri də Sezar Meza Kollidir. Sarı vərəqə limitini dolduran paraqvaylı futbolçu Gəncəyə yollanmayacaq".

Digər xəbərlər