RONALDO ÇEMPİONLAR LİQASINDA TARİX YAZDI

RONALDO ÇEMPİONLAR LİQASINDA TARİX YAZDI
Futbol
13 Aprel 2016 - 23:17


"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında tarix yazdı.

Supersport.Az-ın məlumatına görə, bu, liqanın 1/4 finalında "Volfsburq"a qarşı cavab matçında (3:0) baş verib. Oyunda üç qol vuran portuqaliyalı hücumçu ÇL tarixində 1 mövsümdə 3 het-trik edən edən ilk futbolçu olub.

Bundan başqa, K.Ronaldo ÇL tarixində iki mövsüm 15 qol səddini aşan ilk oyunçudur.

Qeyd edək ki, ÇL-in bombardiri olan Ronaldo sözügedən turnirdə vurduğu qolların sayını 93-ə yüksəldib.

Digər xəbərlər