"BARSELONA" ŞOKDA, "BAYERN" NÖVBƏTİ MƏRHƏLƏDƏ

"BARSELONA" ŞOKDA, "BAYERN" NÖVBƏTİ MƏRHƏLƏDƏ
Futbol
14 Aprel 2016 - 01:00
Bu gün Çempionlar Liqasında daha iki yarımfinalçı komandanın adı müəyyənləşib.

"Atletiko" öz meydanında "Barselona"nı qəbul edib. İlk oyunda 1:2 hesabı ilə uduzan Madrid klubu yarımfinala yüksəlmək üçün çalışıb. "Atletiko" rəqibinin qapısından iki cavabsız qol keçirərək, adını yarımfinala yazdırıb.

Digər oyunda isə "Bayern" "Benfika"nın qonağı olub. Almaniyada keçirilən ilk oyunda Münhen təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı. Cavab oyunu 2:2 hesabı ilə başa çatıb.

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

13 aprel
 
22:45. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) 2-0 

Baş hakim: Nikola Ritsoli
Madrid. "Visente Kalderon" stadionu
İlk oyun – 1:2

22:45. "Benfika" (Portuqaliya) - "Bayern" (Almaniya) 2-2
Baş hakim: Byorn Kuypers
Lissabon. "Eştadio da Luz" stadionu
İlk oyun – 0:1

Digər xəbərlər