RONALDO YARIMFİNALDA, PSJ MÜBARİZƏNİ DAYANDIRDI

RONALDO YARIMFİNALDA, PSJ MÜBARİZƏNİ DAYANDIRDI
Futbol
13 Aprel 2016 - 00:38
Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə daha iki qarşılaşma keçirilir.

İngiltərədə "Mançester Siti" PSJ-ni sınağa çəkib. İlk görüşdə 2:2 hesabı ilə qeydə alındığından cütün taleyinə cavab görüşündə aydınlıq gəlib. İngiltərə klubu bir qolla qalib gələrək yarımfinala çıxıb.

"Real Madrid" isə doğma meydanda "Volfsburq"u qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olan "Kral Klubu" cavab qarşılaşmasında 3 qol vurub. Hər üç qolun müəllifi Ronaldo olub.

12 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

22:45. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0

Qol: De Brune 76

İlk oyun - 2:2

22:45. "Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0

Qollar: Ronaldo, 16, 17, 77

İlk oyun - 0:2

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu bu gün keçiriləcək.

 

Digər xəbərlər