ƏRDOĞAN 122 MİLYONLUQ ARENANIN AÇILIŞINDA - FOTO

ƏRDOĞAN 122 MİLYONLUQ ARENANIN AÇILIŞINDA - FOTO
Futbol
10 Aprel 2016 - 20:29
"BEŞİKTAŞ"IN STADİONU "FƏNƏRBAĞÇA" VƏ "QALATASARAY"DAN FƏRQLİDİR"

Supersport.Az-ın məlumatına görə, bu gün Türkiyədə möhtəşəm stadionlardan birinin açılış mərasimi keçirilib.

Üç il müddətə hazırlanan "Vodafone Arena"ya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, keçmiş prezident Abdullah Gül, İdman və Gənclər naziri Akif Çağatay Kılıç, TFF rəhbəri Yıldırım Demirören, Türkiyə yığma komandasının baş məşqçisi Fatih Terim və əfsanəvi ad Gordon Milne təşrif buyurub.

Açılışdan əvvəl İstiqlal Marşı oxunub.

"Beşiktaş" prezidenti Fikrət Orman hər kəsə təşəkkür edib:

"Beşiktaş" klubu bu ölkə üçün şəhidlər verib. Dəyərlərimizi qoruyaraq hər zaman xalqın komandası oldu. Cənab prezident siz bilrsiniz, əhdə vəfanı da. Allah razı olsun. "Beşiktaş" azarkeşinə ən çox təşəkkür düşür: sağ, var olsunlar".

TFF rəhbəri Yıldırım Demirören stadionun tikilməsində ölkə prezidentinin xüsusi rolu olduğunu qeyd edib.

Demirören danışarkən özünü ilk olaraq "Beşiktaş" prezidenti kimi təqdim edib və bu, mərasimdəki şəxslərin gülüşünə səbəb olub.

Baş nazir Əhməd Davudoğlu çıxında deyib:

"Biz hamımız şahidik ki, "Beşiktaş" böyük ənənəyə sahibdir. Simvolu Qartal olaraq Səlcuqlu gerbinə malikdir. "Beşiktaş"lılar hər zaman dövlət və millətlə birgə olub. Bu klub azarkeşi və infrastrukturu ilə nümunəvi klubdur".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə son nöqtəni qoyub:

"Qartalımızın yeni stadionu xeyirli olsun. "Beşiktaş"a çox qollu qələbələr arzulayıram. Bu klub ən xoş sözlərə layiqdir. Çox şadam ki, gec də olsa köklü komanda yeni stadiona sahib oldu. Hər kəsə təşəkkür edirəm. Ən böyük təbriki "Beşiktaş" azarkeşi haqq edir.

Daha əvvəl "Fənərbağça", "Qalatasaray", sonra "Başakşehir" və "Konyaspor" stadionlarına qovuşmuşdu. "Beşiktaş"ın arenası digərlərindən fərqlənir. Ümid edirəm ki, başqa stadionlar da belə olacaq".

Xatırladaq ki, 122 milyon dollar xərclənən idman qurğusu, dünyanın modern stadionlarından biri kimi təqdim olunur, tutumu 41 min 903 nəfərdir. Texnologiya üçün 10 milyon, ot örtüyünə 4,2 milyon dollar sərf olunub. Dolmabahçedəki stadionun təhlükəsizlik siteminə 7 milyon dollar xərclənib, ümumilikdə 787 kamera quraşdırılıb.

FATİH

GULRECEP

 

 

Digər xəbərlər