RONALDODAN TARİXİ REKORD

RONALDODAN TARİXİ REKORD
Futbol
10 Aprel 2016 - 10:58
"Real"ın futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.


Supersport.Az xəbər verir ki, bu, La Liqanın 32-ci turunda "Eybar"a qarşı matçda baş verib. Bu görüşdə fərqlənən portuqaliyalı hücumçu La  Liqada vurduğu qolların sayını 30-a çatdırıb. Bununla da Ronaldo İspaniya çempionatı tarixində ardıcıl 6 mövsümdə 30 qol vuran ilk futbolçu olub.


Qeyd edək ki, Ronaldo hazırda ölkə çempionatında bombardirlər siyahısında liderlik edir.

 

Digər xəbərlər