ARDALI "BARSELONA" UDUZDU - VİDEO

ARDALI "BARSELONA" UDUZDU - VİDEO
Futbol, Video
10 Aprel 2016 - 02:05
Supersport.Az-ın məlumatına görə, La Liqanın 32-ci turunda "Barselona", səfərdə "Real Sosyedad"a uduzaraq ardıcıl iki oyunda meydanı məğlub tərk edib. Ev sahibi komandanın qələbə qolunu 5-ci dəqiqədə Oyarzabal vurub.

"Barselona" çox sayda qol epizodları boşa verib. Luis Suares sarı vərəqə cəzalısı olduğu üçün oyunu buraxıb.

Türkiyəli Arda Turan start heyətdə meydana çıxıb, 59-cu dəqiqədə yerini Jordi Albaya verib.

"Barselona" 76 xalla liderdir. "Atletiko" Madrid (73 xal) ikinci, "Real Madrid" (72 xal) üçüncüdür.

"Real Sosyedad" isə 41 xalla Avrokuboklara vəsiqə şansını artırıb.

Digər xəbərlər