ƏRDOĞAN MÖHTƏŞƏM STADİONUN AÇILIŞINI EDƏCƏK

ƏRDOĞAN MÖHTƏŞƏM STADİONUN AÇILIŞINI EDƏCƏK
Futbol
10 Aprel 2016 - 01:28
Supersport.Az-ın məlumatına görə, bu gün Türkiyədə möhtəşəm stadionlardan birinin açılış mərasimi olacaq. Üç ildir ki, inşa edilən "Vodafone Arena" artıq hazırdır. Stadionun açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. İlk qarşılaşma 11 apreldə keçiriləcək.
122 milyon dollar xərclənən idman qurğusu, dünyanın modern stadionlarından biri olaraq göstərilir, tutumu 41 min 903 nəfərdir.
Texnologiya üçün 10 milyon, ot örtüyünə 4,2 milyon dollar sərf olunub.
Dolmabahçedəki stadionun təhlükəsizlik siteminə 7 milyon dollar xərclənib, ümumilikdə 787 kamera quraşdırılıb.

Digər xəbərlər