PULSUZ ÇALIŞMAQ İSTƏYƏN MÜTƏXƏSSİS

PULSUZ ÇALIŞMAQ İSTƏYƏN MÜTƏXƏSSİS
Futbol
09 Aprel 2016 - 17:00
Supersport.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis milli komandasının baş məşqçi postunda təmənnasız çalışmağa razılıq verib. Söhbət rumıniyalı məşqçi Mirça Luçeskudan gedir.  Mütəxəssislə "Trabzonspor" da maraqlanır.

Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu Avropa çempionatından sonra milli komandanın baş məşqçisi Angel Yordaneskunun ayrılacağını, əvəzinə Mirça Luçeskunu düşündüklərini bildirib:

"Luçeskunun Avropada başqa klubda çalışacağı ilə bağlı danışmışam. Ona gələn təkliflər bizə problem yaratmır. Federasiya onun üçün ödəmə etmək büdcəyə sahib deyil. Ancaq Luşesku pulsuz bu vəzifədə işləməyə hazırdır. Rumıniya yığmasında çalışmağı özünə borc bilir".

Qeyd edək ki, Luçesku 2004-cü ildən "Şaxtyor Donetsk"i çalışdırır və indiyə qədər Ukrayna klubuna dəfələrlə çempionluq və Avropa Liqasının Kubokunu qazandırıb. Bundan əvvəl "Qalatasaray" və "Beşiktaş"ı çempion edib.

Digər xəbərlər