KROYFFUN 40 İLLİK FORMASI REKORD MƏBLƏĞƏ SATILDI

KROYFFUN 40 İLLİK FORMASI REKORD MƏBLƏĞƏ SATILDI
Futbol
09 Aprel 2016 - 13:33
Supersport.Az-ın məlumatına görə, ötən həftə vəfat edən dünya futbolunun əfsanələrindən olan Johan Kroyffun geydiyi "Barselona" forması satılıb.

Niderlandlı ulduzun 40 il əvvəlki forması üçün 24 min avro ödənilib. Bu geyimi satan belçikalı Kevin Velkeneersin atası Conni Valkeneers, 1976-1977-ci il mövsümündə Yohan Kroyfflu "Barselona"ya qarşı oynamışdı. Oyundan sonra ikitərəfli formaları dəyişdirilmişdi.

Formanı satdığına təəssüflənmədiyini deyən Kevin, buna sahib çıxan şəxsin atası yaşda Kroyffun azarkeşi olduğunu bildirib:

"Mənimlə əlaqə saxladı və qiymətin endirilməsi üçün heç nə demədən formanı satın aldı. Ona böyük hörmətim yarandı".

Digər xəbərlər