KARATEÇİLƏRİMİZ DUBAYDA

KARATEÇİLƏRİMİZ DUBAYDA
Karate, Digər
09 Aprel 2016 - 12:38
Aprelin 9-10-da Azərbaycan karateçiləri Dubayda “Karate-1” Premyer Liqa turnirində iştirak edəcəklər.

Supersport.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Al-Ahli Dubai Open” yarışına 14 nəfərlik heyət yollanıb.

Kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev və Samir Məmmədov (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov, Orxan Heydərli və Əli Cəfərov (84 kiloqramdan yuxarı), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) mübarizə aparacaq. Kata çıxışlarına isə Roman Heydərli və Rafiq Əmirov qatılacaq. Onlardan başqa “Karate-1” Premyer Liqasında ilk dəfə fiziki qüsurlu idmançımız Sahib Əhədov tatamiyə çıxacaq.

Dubaydakı nüfuzlu yarışa komanda ilə birgə federasiyanın birinci vitse-prezidenti Rəhman Hətəmov, məşqçilərdən Seymur Hüseynovla Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Rənad Əliyev də yola düşüb. “Al-Ahli Dubai Open”, həmçinin milli komandamızın mayın əvvəlində Fransada keçiriləcək 51-ci Avropa çempionatından öncə son sınaq yarışıdır.

Digər xəbərlər