"İNTER" UEFA-NI BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERDİ

"İNTER" UEFA-NI BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERDİ
Futbol
08 Aprel 2016 - 16:00
Məlum olduğu kimi, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi.

Bu qərara əsasən “İnter”PİK-ə apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi.

Klub bu hüquqdan istifadə etmək qərarına gəlib və zəruri hüquqi prosesə başlanılıb. "İnter"in mətbuat xidməti Supersport.Az-a belə məlumat verib.

Digər xəbərlər