VƏLİ QASIMOV: "LƏNKƏRANDA QƏLƏBƏ QAZANMALIYIQ"

VƏLİ QASIMOV: "LƏNKƏRANDA QƏLƏBƏ QAZANMALIYIQ"
Futbol, Eksklüziv
08 Aprel 2016 - 00:47
"Xəzər Lənkəran"la oyun ərəfəsində "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Supersport.Az-a açıqlama verib.

"Komandamızdan hazırkı durumundan razı ola bilmərəm. Çünki çempionatda 7-ci pillədə gedir. Oyuna görə bu yerə layiq deyilik. Son qarşılaşmada autsayderə məğlub olduq. Buna baxmayaraq, futbolçuların vəziyyəti yaxşıdır. Lənkərana qələbə qazanmağa gedəcəyik. Bu mövsüm məqsəd Avrokuboklara vəsiqə qazanmaqdır. Bilirik ki, çox çətin olacaq. Bununla belə bütün gücümüzü sərf edəcəyik".

Digər xəbərlər