AÇ-2016-NIN FİNAL MATÇI HANSI ARENADA KEÇİRİLƏCƏK?

AÇ-2016-NIN FİNAL MATÇI HANSI ARENADA KEÇİRİLƏCƏK?
Futbol, U-17
07 Aprel 2016 - 20:09
17 yaşadək futbolçular arasında Azərbaycanda təşkil olunacaq Avropa çempionatının final matçının hansı arenada keçiriləcəyi müəyyənləşib. Supersport.Az xəbər verir ki, AÇ-2016-nın qrup mərhələsinin görüşləri 5-6, 8-9 və 11-12 may tarixlərində Bakı Olimpiya stadionunda, "Azərsun Arena"da, "Bakcell Arena"da, "Dalğa Arena"da keçiriləcək.

1/4 final mərhələsinin görüşləri "Bakcell Arena" və "Dalğa Arena"da baş tutacaq. Müvafiq olaraq 18 və 21 mayda keçiriləcək yarımfinal və final oyunlarına isə Bakı Olimpiya stadionu ev sahibliyi edəcək.

Qeyd edək ki, AÇ-2016-nın püşkü sabah Bakı Olimpiya stadionunda atılacaq. Azərbaycan yığması turnirin ev sahibi kimi A qrupunda yer alacaq.

Püşkatma öncəsi digər iştirakçılar aşağıdakı səbətlərə bölünüblər:

A səbəti: Portuqaliya, Serbiya, Ukrayna, Almaniya, Danimarka, İtaliya, Fransa (son çempion);
B səbəti: Belçika, İngiltərə, Avstriya, Hollandiya, Bosniya-Herseqovina, İsveç, Şotlandiya, İspaniya.

Digər xəbərlər