QURBAN QURBANOV: "ERMƏNİLƏRİ QORXUYA SALDIQ"

QURBAN QURBANOV: "ERMƏNİLƏRİ QORXUYA SALDIQ"
Eksklüziv, Tribuna
07 Aprel 2016 - 15:39
"MƏNFİ FİKİRLƏR SÖYLƏYƏNLƏR BİZİ DƏRİNDƏN TANIMAYANLARDIR"

"Qarabağın baş məşqçisi Qurban Qurbanov Supersport.Az-a açıqlamasında cəbhədə baş verənlərə və klub rəhbərliyinin tənqid olunmasına münasibət bildirib.

"Cəbhədə torpaqlarımızın işğaldan azad olunması üçün ordumuz döyüşlərdə qələbələr qazandı və bu, hamımızı sevindirdi. İtkilərə görə çox məyus olduq. Allahdan şəhidlərimizə rəhmət diləyirik.

Çox istərdik ki, münaqişə sülh yolu ilə həll olunsun. Fikrimcə, Müdafiə Nazirliyi, dövlətimiz əsgərlərimiz  üçün doğru addım atdı. Düşmənə öz yerini göstərmək lazım idi. Bir vətəndaş olaraq hər kəsin üzərinə düşən vəzifə var. Qarabağ adı olan yerdə əlimizdən gələnin hətta artığını da etməyə çalışırıq. Mən əvvəlcə də öz fikrimi bildirmişdim ki, ali baş komandanın əmri olsa, biz döyüşməyə hazırıq.

Son vaxtlar cəbhədə atəşkəs elan olunub. Hesab edirəm ki, düzgün qərar verildi. Düşmən bizim qüdrətimizi, gücümüzü gördü, erməniləri bir daha qorxuya saldıq. Bizim mərd oğullarımız, hər cür silahımız var".

Mütəxəssis, Lənkərandakı oyundan sonra klub rəhbərliyinin tənqid olunması ilə bağlı da fikirlərini söyləyib.

"Qarabağ" klubu hər kəsə hörmətlə yanaşır. Niyə bizi tənqid edirlər? Heç kim rəhbərliyin orduya hansı dəstəyi verdiyini bilmir. Biz Vətəni, xalqımızı sevirik. Rəhbərlik hərbçilərimizə etdiyi köməyi açıqlamaq istəmir. Neçə illərdir klubun başçıları komandaya himəyadarlıq edir, xarici ölkələrdə Qarabağın yüksək səviyyədə təbliğ olunması üçün bütün varlığını sərf edir. Haqqımızda mənfi fikirlər söyləyənlər bizi dərindən tanımayanlardır və heç olmasa bir az düşünsəydilər bu haqda yazmazdılar. Hər kəs imkanı çatdığı qədər orduya dəstək olmalıdır".

 

Digər xəbərlər