HƏKİMLƏRDƏN KAMRAN AĞAYEVƏ MƏSLƏHƏT

HƏKİMLƏRDƏN KAMRAN AĞAYEVƏ MƏSLƏHƏT
Futbol
06 Aprel 2016 - 11:29
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "İnter" matçında zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin durumuna aydınlıq gəlib.

Supersport.Az-ın xəbərinə görə, paytaxt klubu bununla bağlı məlumat yayıb:

"Həkim müayinəsi zamanı K.Ağayevin ayağında hər hansı bir sınıq və çatın olmadığı, oynaqdaxili zədələmnə müşahidə olunub. Hazırda təcrübəli qapıçının ayağına gips langet sarğısı qoyulub və ona iki həftə ayağını hərəkətsiz saxlamaq tövsiyə olunub".

Digər xəbərlər