MİLLİMİZİN QOLKİPERİNDƏN "DÖYÜŞMƏYƏ HAZIRAM" AÇIQLAMASI

MİLLİMİZİN QOLKİPERİNDƏN "DÖYÜŞMƏYƏ HAZIRAM" AÇIQLAMASI
Eksklüziv
05 Aprel 2016 - 18:43
"MÜDAFİƏDƏ OTURMAYACAĞIQ, TARİX YAZMALIYIQ"

Azərbaycanın futzal üzrə milli komandasının qolkiperi Rövşən Hüseynli də cəbhədə döyüşən əsgərlərimizə dəstək verib.

"Allah əsgərlərimizi qorusun. Cəbhədə qazanılan qələbələr sevindiricidir. Torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün döyüşməyə hazıram. Azərbaycan vətənimizdir, qorumaq borcumuzdur, futbol işimizdir" - deyə, 25 yaşlı qapıçı Supersport.Az-a bildirib.

Dünya çempionatının play-off mərhələsinin cavab oyununda aprelin 12-si Azərbaycan Niderlandı sınağa çəkəcək. İlk qarşılaşmada yığmamız rəqibinə 5:1 hesablı dərs verib.

Millimizin qolkiperi Rövşən Hüseynli oyuna ciddi yanaşdıqlarını söyləyib:

"Oyuna ciddi hazırlıq gedir və 5:1 hesabını unutmuşuq. Fikrimiz cavab oyununda da qələbə qazanmaqdır. Hesabı qorumaq üçün müdafiədə oturmayacağıq. Bu dəfə azarkeşlərimizin gözü önündə yüksək səviyyədə oyun nümayiş etdirib tarix yazmalıyıq".

Süleyman 

Digər xəbərlər