TAEKVONDOÇULARIMIZ PREZİDENT KUBOKUNDA İŞTİRAK EDƏCƏK

TAEKVONDOÇULARIMIZ PREZİDENT KUBOKUNDA İŞTİRAK EDƏCƏK
Digər, Taekvondo
05 Aprel 2016 - 09:02
Böyüklərdən ibarət yığma komandamız bu gün  Almaniyaya səfərə yollanır.

Supersport.Az xəbər verir ki, səfərin məqsədi Bonn şəhərində 7-10 aprel tarixlərində keçiriləcək Dünya Taekvondo Federasiyasının Prezident Kubokudur. G2 kateqoriyalı “World Taekwondo Presidents Cup”-da millimiz tam heyətlə təmsil olunacaq.

Bu yarışda kişilərədən ibarət yığma komandamızın baş məşqçisi Reza Mehmandoust Avropa çempionatı öncəsi yetirmələrindən 54 kq çəki dərəcəsində Məcid Sofiyev, Zəlimxan Rəsulov, Məmmədalı Quliyev (hər ikisi -58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikis -63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikis-68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (hər üçü -74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov, Payam Gobadi Oğuzxan (hər ikis -87 kq), Radik İsaev (+87 kq) ölkəmizi təmsil edəcək.

“Qəbələ” idman klubunun yetirməsi Əli Məmmədov 59-kq çəki dərəcəsində klub adına
medallar uğrunda mübarizəyə qatılacaq.

Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park isə Türkan Tahirli (-46 kq), İlayde Kardelen Ciftci (-49 kq), Patimat Abakarov (-53 kq),Gülhanım Yeşildal (-57 kq), Zeyvi Kərimova (-53 kq), Fəridə Əzizovaya (-67 kq) şans verəcək.

Nəzərinizə çatdıraq ki, ilk pilləyə sahib olan idmançı aktivinə 20 xal əlavə etmiş olacaq.
Komandamız aprelin 11-də vətənə dönəcək.

Digər xəbərlər