"QƏBƏLƏ"DƏ BÖHRAN: BÜDCƏ AZALDILIR, İXTİSARLAR OLACAQ

"QƏBƏLƏ"DƏ BÖHRAN: BÜDCƏ AZALDILIR, İXTİSARLAR OLACAQ
Eksklüziv
05 Aprel 2016 - 01:40
Supersport.Az, milli çempionatda uğursuzluq zolağında olan "Qəbələ" klubu haqda şok xəbər əldə edib.

Məlumatda bildirilir ki, maliyyə böhranı və son vaxtlar komandanın zəif çıxışı rəhbərliyi sərt addımlar atmağa vadar edəcək.

"Qəbələ"nin büdcəsinin 17 milyon manat olduğu və yeni mövsümdən bu məbləğin 30-40 faiz azaldılacağı haqda xəbər verilib. Bunun istər yerli, istərsə də legionerlərə təsir edəcəyi gözləniləndir. Bundan başqa, rəhbərlik bir sıra vəzifələrdə ixtisarlar aparacaq.

Baş məşqçi Roman Qriqorçuka gəlincə, postunda qalacaq. Komanda əksər futbolçularla isə yolları ayırmağı planlaşdırıb.

 

Digər xəbərlər