NİKO ROSBERQ: BİZİ MARAQLI YARIŞ GÖZLƏYİR

NİKO ROSBERQ: BİZİ MARAQLI YARIŞ GÖZLƏYİR
Digər, Formula-1
03 Aprel 2016 - 21:01
Supersport.Az-ınF-1.az-a istinadən yaydığı xəbərə görə,  yeni təkər qaydalarından sonra Bəhreyndə fərqli təkər strategiyaları gözlənilir. Bundan başqa, sərbəst yürüşlərdə Ferrari və Mercedes AMG komandaları bir-birinə çox yaxın olublar, ona görə də hamı yarışda gərgin mübarizə gözləyir.

Niko Rosberq bildirib ki, bu yarış onlar üçün çətin keçəcək və əvvəlcədən nəsə demək çox çətindir: “Üç fərqli təkər dəsti var və ona görə də hər şey ola bilər. Həm trasa görə, həm də strategiya seçimlərinə görə bizi həyəcanlı yarış gözləyir.

Düşünürəm ki, fərqli təkər strategiyalarına görə bol ötməli yarış olacaq. Bundan başqa, biz Rəykkönenə də diqqət verməliyik. O, bizim üçün böyük təhdidlərdən biridir.

Yarış gecə olduğu üçün təkərlər gec isinəcək və bu bizə üstünlük gətirəcək, ya da bilmirəm. Sözün düzü, sıralanma turunda göstərdiyimiz nəticəyə görə çox təəccübləndik. Görək sonu nə olur”.

Digər xəbərlər