ZİNƏDDİN ZİDANDAN QƏLƏBƏ AÇIQLAMASI

ZİNƏDDİN ZİDANDAN QƏLƏBƏ AÇIQLAMASI
Futbol
03 Aprel 2016 - 13:09
Supersport.Az-ın məlumatına görə, "Barselona"ya qalib gələn "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan qələbəni şərh edib.

"Həm nəticə, həm də futbolcularımızın nümayiş etdirdiyi oyundan razı qaldım, çox şadam. Çətin səfərdə, derbidə qələbə qazandıq. Burada çox az komandalar qalib gələ bilər. Ancaq biz 3 xal qazanmışıq. Bu qələbə mövsümün qalan oyunları üçün mühümdür. Çox şadam ki, azarkeşlərimiz komandayla qürur duyur. İndi Çempionlar Liqasında "Volfsburq"a qarşı matça köklənməliyik” - deyə, mütəxəssis bildirib.

"Real Madrid"in baş məşqçisi "Barselona" ilə 7 xal fərqini azaltmağın mümkünlüyünü söyləyib:

"İlk olaraq "Atletiko"nu məğlub etməliyik. Zirvəyə addım-addım getməliyik".

Digər xəbərlər