"BARSELONA"NIN BAŞ MƏŞQÇİSİ: "BU MƏĞLUBİYYƏTİ UNUTMALIYIQ"

Futbol
03 Aprel 2016 - 12:31
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"ə uduzan "Barselona" baş məşqçisi Luis Enrike bu məğlubiyyəti unutmağın vacib olduğunu bildirib.

"Məğlubiyyət olanda üzr istəmək heç xoşuma gəlmir. Nə qədər acı olsa da, bunu qəbul etməliyik. Mübarizəni sona qədər davam etdirməliyik. Komandamız hesabda önə keçsə də, rəqib bərabərliyi təmin etdi, sonra 10-15 dəqiqə oyuna nəzarəti itirdik. Bu məğlubiyyət hər şeyin sonu deyil, artıq bunu unutdum. Komandamız yenə də liderdir. Çempionlar Liqasında çox vacib oyun keçirəcəyik və bu qarşılaşmanı düşünməli, hazırlaşmalıyıq" - deyə, o, mütəxəssis qeyd edib.

"Real Madrid"ə uduzan "Barselona" baş məşqçisi Luis Enrike bu məğlubiyyəti unutmağın vacib olduğunu bildirib.

"Məğlubiyyət olanda üzr istəmək heç xoşuma gəlmir. Nə qədər acı olsa da, bunu qəbul etməliyik. Mübarizəni sona qədər davam etdirməliyik. Komandamız hesabda önə keçsə də, rəqib bərabərliyi təmin etdi, sonra 10-15 dəqiqə oyuna nəzarəti itirdik. Bu məğlubiyyət hər şeyin sonu deyil, artıq bunu unutdum. Komandamız yenə də liderdir. Çempionlar Liqasında çox vacib oyun keçirəcəyik və bu qarşılaşmanı düşünməli, hazırlaşmalıyıq" - deyə, o, mütəxəssis qeyd edib.

L.Enrike, komandanın oyununu canlandırmaq üçün 74-cü dəqiqədə meydana buraxılan Arda Turan haqda danışıb:

"Arda şanssız oldu. Çünki oyunun gərgin vəziyyətində meydana çıxdı. Komandamız çox sayda top itkisinə və xətalara yol verdi. Futbol səhvlər oyunudur".

"Barselona"nın məşqçisi komandasına inandığını və çempion olacağına əminliyini vurğulayıb.

Digər xəbərlər