NAZİR TƏKZİB ETDİ: ÇEMPİONAT KEÇİRMƏYİ PLANLAŞDIRMIRIQ

NAZİR TƏKZİB ETDİ: ÇEMPİONAT KEÇİRMƏYİ PLANLAŞDIRMIRIQ
Futbol
01 Aprel 2016 - 21:37
Gənclər və idman naziri Azad Rəhimov FİFA prezidenti Canni İnfantinonun Azərbaycan və Türkiyənin müştərək olaraq DÇ-2026-ya ev sahibliyi etmək istədiyi barədə verdiyi açıqlamaya münasibət bildirib. Supersport.Az xəbər verir ki, o, bu xəbəri təkzib edib:

«2026-cı il dünya çempionatının Türkiyə və Azərbaycanda keçirilməsini biz sifariş verməmişik.

Biz onu Türkiyə ilə müzakirə etməmişik. Ola bilsin, bu assosiasiyalar səviyyəsində müzakirə olunub. Amma dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülmür».

Qeyd edək ki, Canni İnfantino DÇ-2026-ya Azərbaycan və Türkiyənin də birgə ev sahibliyi etmək istədiyini bildirib. O, siyahıda Kanada, Meksika, Mərakeş, İngiltərə, ABŞ, Kolumbiya, Qazaxıstan və Avstraliya - Yeni Zelandiyanın da olduğunu açıqlayıb.

Digər xəbərlər