1,4 MİLYARD AVRO MEYDANDA

1,4 MİLYARD AVRO MEYDANDA
Futbol
01 Aprel 2016 - 21:39
Supersport.Az-ın məlumatına görə, dünyanın ən çox maraq dairəsində olan futbol matçında iştirakçı komandaların heyətlərinin dəyəri açıqlanıb.

Sabah İspaniya La Liqasında keçiriləcək "El Klasiko" ərəfəsində "Barselona" və "Real Madrid"in futbolçularının qiyməti hesablanıb. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Bu iki komandanın heyətinin ümumi dəyəri 1,4 milyon avrodur.
Transfer bazarının nəbzini tutan alman internet saytı Transfermarkt-ın məlumatına görə "Real Madrid"in futbolcularının dəyəri 707 milyon, "Barselona"nın isə 693 milyon avrodur. Bu baxımdan iki klub dünyanın ən qiymətli komandası olaraq diqqət çəkib.

"Barselona"nın argentinalı ulduzu Lionel Messi, 120 milyon avro ən dəyərli futbolcular sırasında birincidir.

"Real Madrid"in portuqaliyalı futbolcusu Kriştiano Ronaldo, 110 milyonla ikincidir.

"Barselona"nın türk futbolcusu Arda Turanın dəyəri 35 milyon avrodur.

Digər xəbərlər