ALMANİYA ÇEMPİONLUQ MÜKAFATINI AÇIQLADI

ALMANİYA ÇEMPİONLUQ MÜKAFATINI AÇIQLADI
Futbol
31 Mart 2016 - 20:43
Supersport.Az-ın məlumatına görə, Avro-2016-nın qalibi olacağı təqdirdə Almaniya yığmasına veriləcək mükafatın məbləği açıqlanıb.

Üçqat Avropa çempionu olan komanda (1972, 1980 və 1996-cı illər) dördüncü dəfə bu bu adı qazanarsa, hər futbolçusuna 300 min avro alacaq. Almaniya Futbol Federasiyasının yaydığı məlumatda bununla bağlı oyunçularla razılıq əldə olunduğu bildirilib.

Dörddəbir finala çıxmaq hər futbolçuya 50 min, yarımfinala vəsiqə 100 min, finalda iştirak 150 min qazandıracaq.

Digər xəbərlər