MUAREM MUAREM: "ÇEMPİONLUQDAN DANIŞMAQ TEZDİR"

MUAREM MUAREM: "ÇEMPİONLUQDAN DANIŞMAQ TEZDİR"
Eksklüziv
31 Mart 2016 - 19:42
"RƏQİBLƏRİ HESABDAN SİLMƏK OLMAZ"

Supersport.Az-ın müxbirilə söhbətində "Rəvan"la oyundan sonra "Qarabağ"ın aparıcı üzvü Muarem Muarem fikirlərini bildirib.

Təcrübəli futbolçu bildirib ki, çempionluqdan danışmaq tezdir:

"Futbolun bəzəyi qoldur. Bu oyunda çox sayda qol vurulması əla oldu və layiqli qələbə qazandıq.
Son dövrədə 9 oyunumuz qalıb. Rəqiblərimizdən xeyli irəli olsaq da, fikrimcə, çempionluqdan danışmaq tezdir. Digər komandaları hesabdan silmək olmaz".

Qeyd edək ki, 27 turdan sonra "Qarabağ" 60 xalla liderdir. "Zirə" (50 xal) ikinci, "Kəpəz" (45 xal) üçüncü yeri tutur.

Süleyman

Digər xəbərlər