BAKIYA GƏLƏCƏK DAHA İKİ MİLLİ KOMANDA MƏLUM OLDU

BAKIYA GƏLƏCƏK DAHA İKİ MİLLİ KOMANDA MƏLUM OLDU
Futbol
31 Mart 2016 - 06:48
Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha iki vəsiqənin sahibi müəyyənləşib.

Supersport.Az-ın  məlumatına görə, Danimarka və Serbiya mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.

Beləliklə, Avropa çempionatının 16 iştirakçısından 12-nin adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə,  Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.

Digər xəbərlər