"FORMULA-1" AZƏRBAYCANA UZUNMÜDDƏTLİ İNVESTİSİYALAR CƏLB EDƏCƏK"

"FORMULA-1" AZƏRBAYCANA UZUNMÜDDƏTLİ İNVESTİSİYALAR CƏLB EDƏCƏK"
Digər, Formula-1
30 Mart 2016 - 21:53
"Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda "Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir".

Supersport.Az-ın"APA-Economics" ə istinadən verdiyi xəbərə görə, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda "Formula-1" yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərəcək, iqtisadiyyata öz töhfəsini verəcək: "Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər".

Digər xəbərlər