LİONEL MESSİ RESTORAN AÇIR

LİONEL MESSİ RESTORAN AÇIR
Futbol
30 Mart 2016 - 09:21
Restoran Bellavista del Jardin del Norte adlanacaq.

Arqentinalı futbolçu Lionel Messi Barselonada sahəsi min kvadrat metr olan restoran açır.

Supersport.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, restoran Bellavista del Jardin del Norte adlanacaq.

Futbolçu ilə birlikdə restoranın sahibləri onun böyük qardaşı Rodriqo Messi, həmçinin restoran biznesinin məşhur simaları İqlesias qardaşları da olacaq.

Müəssisə Enric Granados, 86 ünvanında yerləşəcək və minitaür şəhər formasında tikiləcək. Burada meydan, bağlar, kiosklar və barlar inşa olunacaq.

Restoranda həmçinin kino və futbol yayımlarına baxmaq, video oyunlar oynamaq həmçinin diskoteka fəaliyyət göstərəcək.

 

Digər xəbərlər