ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA STOLÜSTÜ TENNİS ÜZRƏ RESPUBLİKA ÇEMPİONATI BAŞA ÇATIB

ALİ  TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA STOLÜSTÜ TENNİS ÜZRƏ RESPUBLİKA ÇEMPİONATI BAŞA ÇATIB
Stolüstü Tennis, Digər
29 Mart 2016 - 17:54
Martın 28-dən etibarən Azərbaycan Stolüstü Tennis Federasiyasının və Təhsil Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən stolüstü tennis üzrə Respublika çempionatı bu gün başa çatıb.

Supersport.Az xəbər verir ki, 13 komandanın iştirak etdiyi çempionatda I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, II yeri Milli Aviasiya İnstitutu III yeri isə Bakı Dövlət Universiteti tutub.

Digər xəbərlər