RUSİYALI NAZİRDƏN ETİRAF: "27 İDMANÇIMIZDA DOPİNQ AŞKARLANIB"

RUSİYALI NAZİRDƏN ETİRAF: "27 İDMANÇIMIZDA DOPİNQ AŞKARLANIB"
Digər
26 Mart 2016 - 11:19
Rusiyanın bu il 27 idmançısında dopinq testində qadağan olunmuş preparat  - meldonyuma rast gəlindiyi açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, bunu Rusiya idman naziri Vitali Mutko etiraf edib: "27 idmançımızdan dopinq test zamanı meldonyum çıxdı və dünyada belə 127 belə fakt aşkarlanıb".

Dünya Dopinq Agentliyi (WADA) araşdırmaya əsasən belə qənaətə gəlib ki, Rusiya dopinq qəbul olunmasını müsbət qarşılayır. Bu hesabatın açıqlanmasının ardından Beynəlxalq Atletika Federasiyaları Birliyi (IAAF), Rusiya Atletika Federasiyasının üzvlüyünü dondurub və rus atletləri müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

IAAF, tədbir görülməyəcəyi təqdirdə, sərt cəza veriləcəyini bəyan edib.

Rusiya isə bu problemi aradan qaldıracağına söz verib.

Digər xəbərlər